İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail Beyrutu bombaladı: dəhşətli görüntülər - VİDEO

İsrail Beyrutun cənubuna hava zərbələri endirib. 

Musavat.com xəbər verir ki, bu haqda Livanın “Al-Məyadin” telekanalı xəbər yayıb.

İsrailin "Ynet" kanalının məlumatına görə, hücumun hədəfi Hizbullahın yüksək rütbəli zabiti olub.

Eyni zamanda, İsrailin Telegram kanalları İsrailin şimalında Hizbullahın cavab zərbələri üçün hazırlıqların getdiyini bildirir. İsrail ölkə sakinlərini sığınacaqlara yaxın qalmağa çağırıb.  

Livanın Səhiyyə Nazirliyi bu axşam Dahiyədə baş verən hücumda bir nəfərin öldüyünü və 86 nəfərin yaralandığını, xilasetmə qüvvələrinin hələ də əlavə itkiləri axtardığını bildirir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR