İnsanlara hürriyət, millətlərə istiqlal!

İspaniya FF-in rəhbəri idmançını öpüb, qalmaqal düşüb

İspaniya Futbol Federasiyasının rəhbəri dünya çempionatının mükafatlandırma mərasimində idmançının dodaqlarından öpərək qalmaqala səbəb olub.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, İspaniya Futbol Federasiyasının prezidenti Luis Rubiales dünya çempionu olan futbolçuların mükafatlandırılması mərasimində FİFA prezidenti Canni İnfantinonun yanında əyləşərək iştirak edib.

O, medalı təqdim edərkən 33 yaşlı futbolçu Cennifer Hermosonun başından tutub dodaqlarından ehtirasla öpüb. Qızın müqavimət göstərmək imkanı olmayıb. Nəticədə seksist planda qalmaqal baş verib.

Daha sonra Hermoso hadisəni yumorla şərh edib. İdmançının sözlərinə görə, Rubiales ümumiyyətlə bunu necə edəcəyini bilmədiyi üçün onunla öpüşmək futbolçuya xoş gəlməyib.

Funksioner özü isə onu sosial şəbəkələrdə tənqid edənləri axmaq adlandırıb.

Qadınlar arasında dünya çempionatının finalında ispanlar İngiltərəyə 1:0 hesabı ilə qalib gəlib. Bürünc medallar İsveç komandasına nəsib olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR