Onlayn ictimai-siyasi qəzet
Ukrayna münaqişəsinin həlli istiqamətində mühüm diplomatik addım atılıb. Kiyev, Vaşinqton və Avropa nümayəndələri Londonda yeni strategiya üzərində razılığa gəliblər.
Musavat.com xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski dünən Londonda keçirilən görüş zamanı Trampın sülh planına dəyişikliklər edildiyini və bunun nəticəsində yeni bir sənədin hazırlandığını açıqlayıb. Zelenskinin sözlərinə görə, ABŞ tərəfi öz baxış bucağını təqdim edib və bu baxış əsasında sənədə yeni bəndlər əlavə olunub.
“Bizim komanda, Avropa nümayəndələri və ABŞ rəsmiləri arasında konstruktiv müzakirələr oldu. ABŞ-ın təklifindən sonra başqa bir sənəd formalaşdı. Bu gün həmin sənəd ABŞ prezidenti Trampın masasındadır”, – deyə Zelenski bildirib.
Qeyd edək ki, bu sənədin məzmunu hələlik ictimaiyyətə açıqlanmasa da, beynəlxalq müşahidəçilər onun münaqişənin gedişatına ciddi təsir göstərə biləcəyini düşünür.
Musavat.com
24 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ