Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniya Suriya Müdafiə Nazirliyinə və Suriyanın bir sıra digər hökumət idarələrinə qarşı sanksiyaları ləğv etmək qərarına gəlib.
Musavat.com xəbər verir ki, məlumatı Birləşmiş Krallığın Maliyyə Nazirliyi açıqlayıb.
Bildirilir ki, Suriyanın Daxili İşlər Nazirliyi, Baş Kəşfiyyat İdarəsi, Hava Kəşfiyyatı Qüvvələri, Siyasi Təhlükəsizlik İdarəsi, hərbi kəşfiyyat, ordunun təchizat bürosu və bir sıra KİV-lərə qarşı sanksiyalar da ləğv edilir.
Bundan sonra bu strukturların aktivlərinin dondurulması tədbirləri tətbiq edilmir.
Musavat.com
24 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ