İnsanlara hürriyət, millətlərə istiqlal!

Elza Seyidcahan Milli Qəhrəman Albertə mahnı həsr etdi – Video

Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahan Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum gününə mahnı həsr edib.

Bu barədə Musavat.com-a açıqlamasında Əməkdar artist özü bildirib. O, qeyd edib ki, “Albert Aqarunov” adlanan mahnının sözləri Anar Məmmədova məxsusdur:

“Albert mənim üçün təkcə qəhrəman deyil, bir rəmzdir! Azərbaycan oğlunun milliyyətə, dinə etnik mənsubiyyətə baxmadan Vətən üçün şəhid olmasının canlı heykəlidir!”

Qeyd edək ki, Albert Aqarunoviç Aqarunov 1969-ci il aprelin 25-də Bakının Əmircan qəsəbəsində yəhudi ailəsində anadan olub. O, 1992-ci ildə könüllü olaraq cəbhəyə yollanıb. Tank komandiri təyin edilən Albert Aqarunov Şuşada Elçin Məmmədovun başçılıq etdiyi 777 nömrəli xüsusi təyinatlı batalyonda döyüşüb. O Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib. Düşmənin iki tankı bir-birinə yaxınlaşan zaman Aqarunov bir mərmi ilə iki tankı vurub. Buna görə bu metod döyüş yoldaşları tərəfindən "yəhudi buterbrodu" adını alıb. Ermənilər onun başına 5 milyon rubl pul mükafatı qoyublar.

Aqarunov 1992-cu ilin mayın 8-də Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib və döyüş meydanında həlak olub.

A.Aqarunov Bakıda Şəhidlər xiyabanında dəfn edilib.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Aqarunov Albert Aqarunoviç ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülüb.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 May 2025

05 May 2025

BÜTÜN XƏBƏRLƏR