Onlayn ictimai-siyasi qəzet
2023-cü ilin mart ayında Beynəlxalq Cinayət Məhkəməsi (BCM) tərəfindən Rusiya prezidenti Vladimir Putin barəsində çıxarılmış həbs orderi İtaliya ərazisində qüvvədə deyil.
Musavat.com xəbər verir ki, bu barədə "Corriere della Sera" və "La Repubblica" qəzetləri məlumat yayıb.
Qəzetlərin yazdığına görə, İtaliyanın ədliyyə naziri Karlo Nordio hələ də BCM hakimlərinin qərarını Romanın baş prokuroruna təqdim etməyib.
Nəticədə, bu qərar Apellyasiya Məhkəməsinə göndərilməyib və buna görə də həbs orderi İtaliya ərazisində hüquqi qüvvəyə minmir.
2024-cü ilin yanvarında İtaliya hökuməti İsrail tərəfinə aydın şəkildə bildirib ki, Vyana Konvensiyasına əsasən dövlət başçıları İtaliya ərazisində toxunulmazlıq hüququna malikdirlər.
Bu barədə xüsusilə "The Times of Israel" yazıb. Həmin ilin noyabrında BCM İsrailin Qəzza zolağında və HƏMAS qruplaşmasına qarşı hərəkətləri ilə bağlı İsrailin baş naziri Binyamin Netanyahu haqqında da həbs orderi çıxarıb.
"Corriere" və "Repubblica" yazır ki, bu yanaşma Vladimir Putinə də şamil olunur. Bununla belə, nəşrlər qeyd edir ki, Rusiya prezidenti 26 aprel tarixində keçiriləcək Roma Papası Fransiskin dəfn mərasiminə qatılmağı planlaşdırmır. Kreml bildirib ki, həmin tədbirdə Rusiya Federasiyasını mədəniyyət naziri Olqa Lyubimova təmsil edəcək.
Musavat.com
10 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ