Onlayn ictimai-siyasi qəzet
Baş prokuror Kamran Əliyev İranda həbs edilən azərbaycanlı tələbə Fərid Səfərlinin işi ilə bağlı iranlı həmkarı ilə müzakirə aparıb.
Musavat.com xəbər verir ki, bu barərə Baş Prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.
K.Əliyev bildirib ki, iranlı həmkarından bu məsələyə bir daha diqqətlə baxmağı xahiş edib:
“Xahiş etdim ki, bu işlə bağlı humanizm prinsipləri nümayiş etdirilsin. O da mənə söz verdi ki, bu məsələyə bir daha baxılacaq və prokurorluq humanizm prinsiplərini əsas götürərək öz mövqeyini ortaya qoyacaq”.
30 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ