Onlayn ictimai-siyasi qəzet
Bu gecə Rusiya Ukraynaya qarşı son dövrlərin ən genişmiqyaslı hava hücumunu həyata keçirib.
Musavat.com-un Ukrayna Hərbi Hava Qüvvələrinə istinadən verdiyi məlumata görə, ölkənin hava hücumundan müdafiə sistemləri ümumilikdə 245 pilotsuz uçuş aparatını və 6 raketi məhv edib.
Kiyevin bütün rayonlarında partlayış səsləri eşidilib. Şəhər rəhbərliyi bir neçə çoxmərtəbəli binada yanğın, dağıntılar və dron qalıqlarının düşməsi nəticəsində baş verən ziyanla bağlı məlumat yayıb. Paytaxtda azı 15 nəfərin xəsarət aldığı təsdiqlənib.
Kiyev hərbi administrasiyasının rəhbəri Timur Tkaçenkonun sözlərinə görə, Obolon rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib, vurulan dronun qalıqları ticarət mərkəzinin üzərinə düşüb.
Hadisə Kiyev Gününün qeyd olunduğu bir vaxtda baş verib və şəhər əhalisində ciddi təşviş yaradıb. Rəsmi orqanlar əhalini ehtiyatlı olmağa və təhlükəsizlik qaydalarına əməl etməyə çağırır.
Musavat.com
24 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ