İnsanlara hürriyət, millətlərə istiqlal!

Tankların dövrü bitdi – Rusiya FPV dronlarda Ukraynanı geridə qoydu

Rusiya FPV və optik-lif texnologiyalı pilotsuz uçuş aparatlarının (PUA) istehsalı və tətbiqi sahəsində Ukraynanı geridə qoyub.

Musavat.com-un "The Times" nəşrinə istinadən verdiyi xəbərə görə, bu yeni nəsil dronlar Ukrayna ordusuna qarşı yalnız zərbələr endirməklə kifayətlənmir, həm də döyüş taktikası, cəbhə xətti və logistikanı kökündən dəyişir.

Nəşr qeyd edir ki, bu dronlar zirehli texnikanın effektivliyini faktiki olaraq sıfıra endirib. Əvvəllər döyüş meydanında "əvəzolunmaz qüvvə" hesab edilən tanklar və digər ağır texnika bu gün cəbhə xəttində asan hədəfə çevrilib və praktiki olaraq istifadəsiz qalıb.

“Rusiya dronları texnikamızın ətrafında sürü kimi dolaşır. Tankların dövrü, doğrudan da, başa çatıb,” – deyə "The Times" Ukrayna Silahlı Qüvvələrinin əsgərlərindən birinin fikrini sitat gətirir.

Hərbi analitiklər bu vəziyyəti döyüş meydanında texnologiyanın dəyişən rolunun bariz nümunəsi kimi qiymətləndirirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 May 2025

BÜTÜN XƏBƏRLƏR