İnsanlara hürriyət, millətlərə istiqlal!

"Visa" və "Mastercard"a zərbə gəlir: Avropa antiinhisar siqnalı verir

Avropa Komissiyası ABŞ-ın "Visa" və "Mastercard" ödəniş sistemlərinə qarşı antiinhisar qanunvericiliyinin pozulması ilə bağlı ilkin araşdırmaya başlayıb.

Musavat.com xəbər verir ki, məlumatı mənbələrə istinadən Bloomberg yayıb. Bildirilir ki, Avropa Komissiyası maliyyə institutlarına və pərakəndə satış şirkətlərinə şirkətlərin ödəniş sistemlərindən istifadə etdiklərinə görə tutduqları rüsumlarla bağlı sorğu göndərib.

"Bloomberg" rəsmi araşdırmanın hələ başlamadığını vurğulayır. Əgər AK işi açsa, o zaman bazarda dominant mövqedən sui-istifadə təsdiqlənərsə, Visa və Mastercard illik gəlirin 10 faizinə qədər cərimə ilə üzləşəcəklər.

Araşdırma Avropa Mərkəzi Bankının (ECB) prezidenti Kristin Laqardın rəqəmsal ödənişlər infrastrukturu da daxil olmaqla xarici, xüsusən də Amerika texnologiyalarından daha az asılı olmağa çağırışları fonunda baş verir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 May 2025

BÜTÜN XƏBƏRLƏR