İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrovdan sərt açıqlama: “Siz arabanı atın önünə qoşursunuz”


Rusiya xarici işlər naziri Sergey Lavrov BBC jurnalistinin “Rusiya Prezident Zelenski ilə sülh müqaviləsi imzalamağa hazırdırmı?” sualına sərt və simvolik cavab verib.

Musavat.com-un məlumatına görə, Lavrov sualı belə cavablandırıb:

“Siz arabanı atın önünə qoşursunuz. Əvvəlcə müqavilə olmalıdır. O razılaşdırıldıqdan sonra qərar veriləcək. Amma Prezident Zelenski, necə ki Prezident Putin dəfələrlə deyib, legitimliyə malik deyil”.

Lavrovun bu açıqlaması Rusiya tərəfinin Ukrayna ilə danışıqlarda irəliləyiş üçün ilk növbədə qarşı tərəfdə legitim rəhbərliyin olmasını şərt qoyduğunu bir daha nümayiş etdirib. Kreml Zelenskinin prezidentlik müddətinin başa çatdığını və onu qanuni lider kimi tanımadığını bildirib.

Rusiya-Ukrayna münaqişəsində sülh perspektivləri hələ də qeyri-müəyyən olaraq qalır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 May 2025

BÜTÜN XƏBƏRLƏR