İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiyevə YENİDƏN BALLİSTİK RAKETLƏRLƏ HÜCUM: Dağıntılar, yaralılar var - CANLI

Rusiya Ukraynaya ballistik raketlərlə hücum edib. “Unian“ məlumat yayıb. Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya gecə boyunca Ukrayna ərazilərinə 14 ədəd "İskəndər-M" ballistik raketi ilə hücum edib. Hücumlar Kiyev, Dnepropetrovsk, Odessa və Zaporojye vilayətlərinə yönəlib.

Qeyd olunub ki, bundan başqa, gecə ərzində Rusiya 250 ədəd zərbə PUA-sı və müxtəlif növ uçuş aparatları ilə hücum həyata keçirib. Əsas hücum istiqaməti Kiyev şəhəri olub.

Ukrayna qüvvələri hava hücumunun qarşısının alınması üçün tədbirlər görüb. Hava hücumundan müdafiə qüvvələri ölkənin şərqində, şimalında, cənubunda və mərkəzində 6 ədəd “İsgəndər-M/KN-23” ballistik raketi (Kiyev) vurub, “Şahed” tipli 245 PUA zərərsizləşdirib.

Kiyev hərbi idarəsinin sədri vəzifəsini icra edən Timur Tkaçenko sosial şəbəkədə yayılan məlumatda raket qalıqlarının paytaxtın müxtəlif hissələrinə düşdüyünü və Solomyanskyi rayonunda iki yanğının baş verdiyini bildirib. Altı nəfərin tibbi yardıma ehtiyacı olduğu qeyd olunub.

Kiyev meri Vitali Kliçko hücumdan əvvəl şəhər sakinlərini 20-dən çox Rusiya PUA-sının Kiyevə yaxınlaşdığı barədə xəbərdar etmişdi. Hücum zamanı Obolon rayonundakı ticarət mərkəzi və bir mənzilə dron qalıqları düşüb. Yaralıların sayı səkkiz nəfərə çatıb, ikisi xəstəxanaya yerləşdirilib, digərlərinə hadisə yerində yardım göstərilib.

TVMusavat-ın bu gün saat 12:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi siyasi ŞƏRHÇİ Xəyal Bəşirovla müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 May 2025

BÜTÜN XƏBƏRLƏR