Onlayn ictimai-siyasi qəzet
Qazaxıstanın Tüpkaragan rayonunda AZAL-a məxsus təyyarənin qəzaya uğradığı ərazidə memorial abidə ucaldılıb.
Musavat.com-un məlumatına görə, memorial yerli sakinlərin təşəbbüsü ilə qurulub.
Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev isə dünən jurnalistlərə açıqlamasında təyyarə qəzası ilə bağlı istintaqın ikinci mərhələdə olduğunu bildirib. Onun sözlərinə görə, hazırda mütəxəssislər toplanmış materiallar üzərində tədqiqat aparırlar.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
Musavat.com
24 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ