Onlayn ictimai-siyasi qəzet
Ukraynanın Çernovtsı şəhər məhkəməsi Dağıstan rəhbəri Sergey Melikovu qiyabi olaraq 8 il azadlıqdan məhrum edib.
Musavat.com-un Ukrayna Təhlükəsizlik Xidmətinə istinadən yaydığı məlumata görə, Melikov Ukraynanın sərhədlərinin dəyişdirilməsinə yönəlmiş hərəkətləri maliyyələşdirməkdə təqsirli bilinib.
SBU-nun açıqlamasında bildirilir ki, Melikov Rusiya Silahlı Qüvvələrinin müharibədə iştirakını aktiv şəkildə dəstəkləyir və Dağıstan əhalisini də bu hərəkətləri dəstəkləməyə çağırır. Qərar onun bu fəaliyyətlərinə görə çıxarılıb.
Qiyabi hökm Ukraynanın Rusiya rəsmilərinə qarşı hüquqi təzyiqləri artırdığı bir dövrə təsadüf edir. Rəsmi Moskva isə hələlik bu qərarla bağlı heç bir şərh verməyib.
Musavat.com
05 Avqust 2025
02:23 Netanyahunu məhkəməyə verən baş prokuror vəzifədən azad edildi – Ali Məhkəmə qərarı dayandırdı
04 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ