Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır.
Musavat.com-un "Bloomberg"ə istinadən verdiyi məlumata görə, bu çərçivədə 20-dək Rusiya bankının SWIFT beynəlxalq ödəniş sistemindən çıxarılması nəzərdə tutulur.
Məlumata görə, Avropa Komissiyası artıq bu məsələ ilə bağlı Aİ üzv ölkələri ilə məsləhətləşmələrə başlayıb. Lakin məhdudiyyətlərin tətbiq ediləcəyi tarix hələlik müəyyən edilməyib.
Yeni sanksiya paketində digər diqqətçəkən məqam isə Rusiya neftinə G7 ölkələri üçün tətbiq olunan qiymət limitinin 45 dollaradək endirilməsi təklifidir. Bu addım Moskvanın enerji gəlirlərini daha da azaltmağı hədəfləyir.
Musavat.com
24 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ