Onlayn ictimai-siyasi qəzet
Aprelin 26-da partlyış baş verən İranın Şəhid Rəcai limanında yanğın davam edir.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, dünən gecə saatlarında limanda yeni partlayışlar eşidilib, yanğın sahəsi genişlənib. Bəndər Abbas liman şəhərinin qubernatoru Əhməd Pouyafar havanın çirklənməsi səbəbindən məktəblərin aprelin 27-də bağlanacağını bildirib.
İran Daxili İşlər Nazirliyinin son məlumatına görə, partlayış nəticəsində 14 nəfər ölüb, 750-yə yaxın insan yaralanıb. İranın səhiyyə naziri “The New York Times”in yazdığına görə, İran limanında natrium perxlorat partlayıb. Bu maddə ballistik raketlərin bərk yanacağı üçün əsas komponentin istehsalında istifadə olunur. Partlayışa maddə ilə düzgün qulluq edilməməsi səbəb ola bilər.
İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı mənbə The New York Times-a bildirib ki, partlayan bərk raket yanacağının əsas tərkib hissəsi olan natrium perklorat olub.
Ambrey özəl mühafizə firmasının məlumatına görə, mart ayında liman "tərkibində natrium perklorat olan raket yanacağı" yükü alıb. "Yanğına İranın ballistik raketlərində istifadə üçün nəzərdə tutulmuş bərk yanacaq partiyasının səhv idarə olunması səbəbindən baş verdiyi bildirilir", - Ambrey Associated Press-ə bildirib.
Qeyd edək ki, yanvar ayında Financial Times iki Qərb ölkəsinin təhlükəsizlik rəsmilərinin kəşfiyyat məlumatlarına istinadən iki gəminin Çindən İrana 1 tondan çox natrium perklorat çatdıracağını bildirmişdi. Onların məlumatına görə, yük SEPAH üçün nəzərdə tutulub.
Qəzet natrium perkloratın bərk raket yanacağının 70 faizini təşkil edən ammonium perkloratın istehsalında istifadə olunduğunu qeyd etmişdi. Qəzetin mənbələrinə görə, bu miqdarda ammonium perxloratdan 1300 ton yanacaq istehsal edilə bilər ki, bu da İranın 260 orta mənzilli raketi üçün kifayətdir.
İran yükün qəbulunu təsdiqləməyib. İranın BMT-dəki missiyası AP-nin şərh istəməsinə cavab verməyib.
Qeyd edək ki, dünən Tasnim Agentliyi limanda yanacaq çəninin partladığına dair məlumat yaysa da, İran Milli Neft Emalı və Paylama Şirkəti partlayışın neft emalı zavodları, yanacaq çənləri, paylayıcı qurğular və ya neft boru kəmərləri ilə bağlı olmadığını bildirib.
İranın fövqəladə halların idarə olunması agentliyinin sözçüsü Hüseyn Zəfəri bildirib ki, ilkin araşdırmalar qəzaya alışan və kimyəvi maddələr olan konteynerdə partlayış və ya yanğının səbəb olduğunu göstərib.
Tasnim-in məlumatına görə, partlayış dalğası o qədər güclü olub ki, episentrə yaxın bir inzibati binanı tamamilə dağıdıb və ərazidəki çoxlu avtomobili sıradan çıxarıb.
Onu da qeyd edək ki, Şəhid Rəcai limanı İranın dəniz ticarətində çox yüksək paya malikdir. Ən müasir konteyner terminalları və liman qurğuları ilə Şahid Rəcai İran limanlarındakı ümumi yükləmə və boşaltma həcminin 85 faizini təmin edir.
2023-cü ildə ölkənin məhsulların idxalı və ixracında, eləcə də İran ərazisindən tranzit və daşınmasında mühüm rolu nəzərə alınaraq, Şəhid Rəcai Limanının inkişafıüçün 700 milyon dollar investisiya yatırılmasına dair qərar qəbul edilmişdi.
Musavat.com
27 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ