İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ və İran razılaşdı - gələn həftə...

ABŞ və İran gələn həftə nüvə danışıqlarını davam etdirmək barədə razılığa gəliblər.

Musavat.com xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi onilliklərdir davam edən dalanı aradan qaldırmağa yönələn danışıqların uğuru barədə "son dərəcə ehtiyatlı" olduğunu vurğulayıb.

ABŞ prezidenti Donald Tramp isə Tehranın nüvə bombası istehsalının qarşısını alacaq yeni bir razılaşmaya güvəndiyini bildirib.

Əraqçi və Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff Omanın vasitəçiliyi ilə Maskatda üçüncü raund danışıqlarını keçiriblər. Görüş təxminən 6 saat davam edib. Bu danışıqlar bir həftə əvvəl Romada "konstruktiv" kimi qiymətləndirilən ikinci raund görüşmələrdən sonra baş tutub.

Əraqçi İran dövlət televiziyasına açıqlamasında deyib:

"Danışıqlar çox ciddi və texniki səviyyədə aparılır... Həm əsas məsələlərdə, həm də detallarda hələ də fikir ayrılıqları mövcuddur".

O qeyd edib ki, hər iki tərəfdə ciddilik və qətiyyət var, lakin danışıqların uğurla nəticələnəcəyi ilə bağlı nikbinlikləri son dərəcə ehtiyatlı olaraq qalır.

ABŞ administrasiyasından yüksək vəzifəli bir rəsmi isə danışıqları müsbət və məhsuldar adlandıraraq bildirib ki, tərəflər "yaxın gələcəkdə" Avropada yenidən görüşmək barədə razılığa gəliblər.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Aprel 2025

27 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR