İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin ABŞ-ı geridə qoyaraq dünyada LİDER OLDU

Çin ilk dəfə atom elektrik stansiyalarının ümumi quraşdırılmış gücü baxımından dünyada birinci yerə yüksəlib. Bu göstərici 113 milyon kilovat təşkil edir.

Musavat.com TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Atom Enerjisi Assosiasiyası (CNEA) məlumat yayıb.

Hazırda Çində 102 istismar olunan, inşası davam edən və tikintisinə icazə verilmiş atom enerji bloku mövcuddur. Onlardan 28 obyektin tikintisi hələ başa çatmayıb və onların quraşdırılmış gücü 33,65 milyon kilovatdır. Bundan əlavə, Çində ümumi quraşdırılmış gücü 60,96 milyon kilovat olan 58 kommersiya enerji bloku fəaliyyət göstərir.

2024-cü ildə Çin hakimiyyəti Çzyansu, Şandun və Quandun vilayətlərində 11 yeni atom enerji blokunun tikintisinə icazə verib. Bu barədə Çin Atom Enerjisi Assosiasiyası İdarə Heyəti sədrinin birinci müavini Tsao Şudun məlumat verib.

2024-cü ildə Çinin atom elektrik stansiyaları ümumilikdə 444,7 milyard kilovat-saat elektrik enerjisi istehsal edib ki, bu da ölkədə istehsal olunan ümumi elektrik enerjisinin 4,72%-nə bərabərdir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Aprel 2025

27 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR