İnsanlara hürriyət, millətlərə istiqlal!

Bütün bədəni yanan Fəridin dəstəyə ehtiyacı var

İki yaşlı Fərid Əsgərovun sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Cəmilə Əsgərova məlumat verib.

O bildirib ki, övladı ötən il martın 10-da ehtiyatsızlıq səbəbindən yanıq xəsarətləri alıb:

"Biz Sabirabad rayonunda yaşayırıq. Fəridin iki yaşı var. O, ötən il martın 10-da iməkləyəndə çaydanı üzərinə aşırıb. Bütün bədəni yanıb. Həmin gün biz onu Bakıda yerləşən xəstəxanalardan birinə çatdırdıq. Orada bir müddət müalicə alsaq da, imkanımız çatmadığı üçün çıxmalı olduq".

Gənc ana övladının müayinəsi üçün Bakıya gəlməli olduqlarını deyib:

"Fəridin müayinəsi üçün biz təkrar Bakıya gəlməliyik. Onun vəziyyəti ağırlaşıb. Balaca olduğu üçün anlamır, yaralarını qaşıyır və təkrar qanadır. İnanın, daha nə edəcəyimizi bilmirik. Həkimlə danışmışıq, yenidən müayinə üçün bizim Bakıya gəlməyimizi istəyib. Hazırda nə Bakıya gəlməyə, nə müayinə xərclərini qarşılamağa, inanın, imkanımız yoxdur. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirik".

Ailə ilə əlaqə: (070) 593-99-79.

"Uni Bank": 5243 7544 4990 8159.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Aprel 2025

27 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR