İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaya incə bellə girmək istəyirsinizsə, MÜTLƏQ OXUYUN

Yay aylarının yaxınlaşması ilə bir çox insan arıqlamaq və daha fit görünmək üçün səy göstərməyə başlayıb. Sağlam həyatın əsas şərtlərindən biri olan arıqlama prosesini dəstəkləmək üçün isə aylarla ağır pəhrizlər saxlamağa və yorucu idmanla məşğul olmağa ehtiyac yoxdur.

Mütəxəssislər tərəfindən tövsiyə olunan təbii üsullarla yay aylarına incə bellə başlaya bilərsiniz. Bu praktik məlumatlarda sağlam arıqlamanın əsas sirri təbii qidalarda gizlənir.

Musavat.com yağ yandırmağa kömək edən təbii vasitələri təqdim edir:

Alma

Bir ədəd orta ölçülü alma cəmi 95 kalori ehtiva edir. Almanın tərkibindəki xlorogenik turşu bədəndəki qəhvəyi yağ hüceyrələrini aktivləşdirərək yağ yandırmanı sürətləndirir. Bundan əlavə, alma xərçəng, ürək xəstəlikləri, astma və 2-ci tip şəkərli diabet riskini azaltmağa kömək edir. Gündə bir orta ölçülü alma yemək kifayət edir.

Brokkoli və qara kələm

Brokkoli və qara kələm arıqlama mövzusunda oxşar təsirə malikdir. Hər iki tərəvəz cəmi 30 kalori saxlayır və yüksək lif tərkibi sayəsində toxluq hissini artıraraq arıqlamağa dəstək olur. Həmçinin, hər iki bitki tərkibində qəhvəyi yağ hüceyrələrini aktivləşdirən sulforafan adlı maddə ehtiva edir. Bu da bədəndə piy toplayan yağ hüceyrələrinin parçalanmasını asanlaşdırır.

Zeytun yağı

Zeytun yağı bədəndə yağ yandırmanı sürətləndirən hidroksitirosol və oleokantal adlı iki mühüm maddə ilə zəngindir. Hidroksitirosol bədənin yağ yandırmaq qabiliyyətini artırır, iltihabları azaldır və insulin həssaslığını yaxşılaşdırır. Oleokantal isə antioksidant xüsusiyyətləri ilə arıqlamağa kömək edir və ürək sağlamlığını qoruyur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Aprel 2025

27 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR