Onlayn ictimai-siyasi qəzet
İran aprelin 28-i bazar ertəsi günü Şəhid Rəcai limanında baş verən partlayışda həlak olanlar üçün milli matəm günü elan edib.
Musavat.com xəbər verir ki, bu barədə "Tasnim" agentliyi hökumət sözçüsünə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, hökumət sabah bütün ölkə ərazisində milli matəm günü elan edib.
Bundan əvvəl İranın dövlət televiziyası İran prezidenti Məsud Pezeşkianın partlayışdan sonra vəziyyətlə tanış olmaq üçün limanın yerləşdiyi Bəndər-Abbas şəhərinə getdiyini bildirib.
Xatırladaq ki, aprelin 26-da İranda limanda partlayış nəticəsində ölənlərin sayı 28-ə nəfərə çatıb, 6 nəfər itkin düşüb, 1139 yaralı var.
Musavat.com
28 Aprel 2025
27 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ