Onlayn ictimai-siyasi qəzet
Ukraynanın bərpası təxminən 400 milyard funt sterlinqə başa gələ bilər.
Musavat.com xəbər verir ki, bu barədə "The Times" nəşri məlumat yayıb.
Bildirilir ki, bu prosesdə dondurulmuş Rusiya aktivlərinin istifadəsi də istisna edilmir.
Bundan əlavə, ərazilərin geri qaytarılması və Putin rejiminin nüfuzdan salınması perspektivləri, uzunmüddətli dövrdə uğurlu və sabit Ukraynanın qurulmasından asılı olacaq.
Materialda qeyd edilir ki, təkrar işğal təhlükəsi daim mövcud olacaq, lakin Kiyev "kirpi strategiyası" adlanan yanaşmanı qəbul edəcək: öz müdafiəsini elə gücləndirəcək ki, Moskva hərbi əməliyyatları yenidən başlamaq qərarı verməzdən əvvəl ciddi düşünməyə məcbur olacaq.
Musavat.com
28 Aprel 2025
27 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ