Onlayn ictimai-siyasi qəzet
Pakistanla münasibətlərin gərginləşməsi fonunda Hindistan gəmi əleyhinə raketləri sınaqdan keçirib.
Musavat.com xəbər verir ki, bu barədə Hindistan Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi "X" sosial şəbəkəsində məlumat yayıb.
"Hindistan Hərbi Dəniz Qüvvələrinin gəmiləri platformaların, sistemlərin və ekipajın uzun məsafələrdə dəqiq hücum zərbələri endirməyə hazır olduğunu təsdiqləmək və nümayiş etdirmək üçün çoxsaylı gəmi əleyhinə atışlar həyata keçirib." - deyə məlumatda bildirilir.
Atışlar son günlər Hindistanla qonşu Pakistan arasında yaranmış gərginlik fonunda həyata keçirilib.
Gərginliyin səbəbi aprelin 22-də Pahalqam şəhərində (Cammu və Kəşmirin birlik ərazisinin dağlıq Anantnaq rayonunda yerləşir) terror aktı olub.
Silahlı terrorçular Pahalqamda turistlərə hücum edib, nəticədə 26 nəfər həyatını itirib, onlarla insan yaralanıb.
Hindistan və Pakistan sərhədində artıq üçüncü gecədir ki, atışmalar davam edir. Eyni zamanda, Pakistan Müdafiə Nazirliyi vurğulayır ki, ölkə Hindistana qarşı hərbi əməliyyatlara başlamayacaq.
Hindistanın baş naziri Narendra Modi 27 aprel tarixində xalqa müraciət edərək bildirib ki, Nyu-Dehli turistlərin ölümünə görə günahkarları cəzalandıracaq.
@@TVmusavat/113864@@
Musavat.com
28 Aprel 2025
27 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ