İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞOK İDDİA! Tramp Romada Zelenskini “silib” – Bədən dili ilə mesaj verdi

Rusiyalı psixiatr Vasili Şurov Romada Zelenski ilə görüşən Trampın bədən dilini şərh edib.

Musavat.com xəbər verir ki, o, Donald Trampın bədən dilinin müsbət siqnallar göndərmədiyini bildirib.

İkilinin görüşü zamanı çəkilən fotodan Trampın bədən dilinin verdiyi mesajları şərh edən Şurov deyib:

"Trampın sifəti gərgin və hiddətlidir. Onun bədəni tamamilə qapalı vəziyyətdədir: qolları çarpazlanıb, barmaqları bir-birinin üzərindədir. Şəxsi sahədə bir-birinə toxunmamaq üçün ayaqlarını stulun altına qoyub".

Vasili Şurov Trampın tamamilə qapalı duruş sərgilədiyinə və qarşısındakı şəxsdən maksimum uzaq dayanmağa çalışdığına diqqət çəkərək əlavə edib:

"Bu, tam bir güvənsizlik əlamətidir. Tramp artıq Zelenskini bütün bu oyunbazlıqlara görə "silib". Qarşısındakı şəxsin nüfuzunu bərpa etmək üçün onunla əməkdaşlıq etmək istəmir və baş verənlərə görə son dərəcə qəzəblidir".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Aprel 2025

27 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR