İnsanlara hürriyət, millətlərə istiqlal!

İstanbulda 6,2 ballıq zəlzələ bu binaları SİLKƏLƏYİB - Nazir AÇIQLADI

Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum İstanbulda baş verən 6,2 bal gücündəki zəlzələdən sonra binalara dəyən ziyanın müəyyənləşdirilməsi ilə bağlı son rəqəmləri paylaşıb.

Musavat.com xəbər verir ki, Kurum bildirib:

"İstanbulda baş verən zəlzələlərdən sonra vətəndaşlarımızdan gələn müraciətləri qiymətləndirir, zərəri dəyərləndirmə işlərini davam etdiririk. İndiyədək 15 min 13 bina incələnib. Bunlardan 12 min 398 bina ziyan görməyib, 1025 binanın isə az zərər görmüş olduğu müəyyən edilib".

Aytən Novruz
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Aprel 2025

27 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR