İnsanlara hürriyət, millətlərə istiqlal!

G7 liderləri İrana qarşı yeni sanksiyaları müzakirə edib

ABŞ prezidenti Co Bayden və onun Yeddilik Qrupunun (G7) digər ölkələrindən olan həmkarları videomüzakirələrdə Tehrana qarşı yeni sanksiyaları müzakirə ediblər və İranın İsrailə hücumunu pisləyiblər.

Musavat.com xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

Məlumatda qeyd edilir ki, Bayden "İranın İsrailə qarşı qəbuledilməz hücumlarını müzakirə etmək və yeni sanksiyalar da daxil olmaqla, bu hücuma cavab tədbirlərini koordinasiya etmək üçün G7 liderləri ilə videomüzakirələrə qatılıb: "Prezident Bayden və G7 İranın İsrailə hücumunu birmənalı şəkildə pisləyib. Prezident Bayden ABŞ-ın İsrailə və xalqına tam həmrəyliyini və dəstəyini ifadə edib və Birləşmiş Ştatların İsrailin təhlükəsizliyinə sarsılmaz sadiqliyini bir daha təsdiqləyib”.

Məlumata görə, “Yeddilik” ölkələrinin liderləri hesab edirlər ki, münaqişənin gərginləşməsi heç bir tərəfin marağında deyil. Bununla əlaqədar olaraq, İtaliyanın G7 sədrliyi tərəfindən təcili olaraq çağırılan videokonfrans görüşünün sonunda liderlər diplomatik həllə çağırıblar: “Biz İsrail-Livan münaqişəsini həll etmək üçün BMT-nin müvafiq qətnamələri əsasında bölgədəki gərginliyi azaltmaq istiqamətində birlikdə işləmək barədə razılığa gəldik”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR