İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanla İran arasında sərhəd bağlanacaq - İLGİNC İDDİA

“İndiki iqtidarın siyasəti ona gətirib çıxarıb ki, əgər sabah Türkiyə Ermənistanın hesabına mövqeyini yaxşılaşdırmaq istəsə, buna mane olan heç bir faktor olmayacaq”.

Musavat.com xəbər verir ki, bunu erməni ekspert, revanşist Tiqran Köçəryan deyib.

Onun fikrincə, Ermənistanda Rusiya bazasının olması da heç bir rol oynamayacaq.

“Rusiya bazası Suriyada da var idi və indi də qalır, lakin bu, orada baş verən proseslərin qarşısını ala bilmədi”, - deyə Tiqran Köçəryan qeyd edib.

Köçəryanın fikrincə, İran müdaxilə etməmək mövqeyi tutaraq regional və regiondankənar qüvvələrlə birbaşa qarşıdurmaya cəlb olunacağı vəziyyətdən qaçmağa çalışır.

“Bəzi ekspertlərin fikrincə, İranın atom bombasının yaradılmasına çox az vaxtı qalıb. Ona görə də rəsmi Tehran sonradan tamam başqa mövqelərdən danışa bilməsi üçün vaxta oynayır”, - deyə erməni politoloq iddia edib.

Köçəryan bundan başqa bir iddianı da irəli sürüb. Onun sözlərinə görə, Ermənistanla İran arasında sərhədlərin bağlanmasını nəzərdə tutan “Bolton planı” mövcuddur. Köçəryanın fikrincə, bu plan “Zəngəzur dəhlizi” vasitəsilə həyata keçiriləcək.

O, Ermənistandakı mövcud hakimiyyətin Türkiyənin bölgədəki maraqlarına xidmət etdiyini də bildirib. Ona görə, bu, Ermənistanın denasifikasiyası və demilitarizasiyası deməkdir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Yanvar 2025

22 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR