İnsanlara hürriyət, millətlərə istiqlal!

Revanşist türkoloq: Ermənilərin əsas düşməni Türkiyə və Azərbaycandır

Son vaxtlar Ermənistanda özünü “türkoloq” adlandıran müxtəlif şəxslərin (əksəriyyəti hakimiyyətin gizli dəstəkçiləridir) çıxışlarını izləyirəm. Həmin şəxslərin dilində Türkiyəyə rəğbət hiss olunur.

Musavat.com erməni mediasına istinadən  xəbər verir ki, bu sözlər erməni revanşist türkoloq Varujan Geqamyan tərəfindən səslənib.

Onun fikrincə yerli ekspertlərdən bəziləri Türkiyənin Suriyadakı rejimin dəyişməsindəki rolunu azaltmağa çalışırlar.

“Heyrətləndirici bir təsadüflə həmin “mütəxəssislər” bütün günü Türkiyə ilə dostluğu təbliğ edirlər. Onlar ermənilər üçün Türkiyə-Azərbaycan təhlükəsinin varlığına haqq qazandırmağa çalışırlar”,-deyə revanşist Geqamyan bildirib.

Geqamyan hətta onları Ermənistanın varlığına təhdid adlandırıb. Erməni ekspert konkret kimləri nəzərdə tutduğunu söyləməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR