İnsanlara hürriyət, millətlərə istiqlal!

Elman Paşayevdən xəbər var: Digər dələduzluqlarda iştirakı yoxlanılır

Rusiyada saxlanılan keçmiş vəkil Elman Paşayevin digər cinayət işlərində iştirakı yoxlanılır.

Bu barədə TASS-a hüquq-mühafizə orqanları məlumat verib.

“Hüquq-mühafizə orqanları təqsirləndirilən Paşayevin digər oxşar cinayətlərin törədilməsində iştirakını yoxlayır, cinayət işində digər dələduzluq epizodları da ola bilər, istintaq davam edir”, - agentliyin həmsöhbəti bildirib.

Bundan əvvəl bildirilib ki, istintaq keçmiş vəkilin işi üzrə 3 şahidi dindirib. Paşayev böyük miqyasda fırıldaqçılıq etməkdə ittiham olunur. Paşayevə şamil edilən maddənin sanksiyası 1 milyon rubla qədər cərimə ilə 10 ilədək həbsi nəzərdə tutur. Keçmiş vəkil istintaqla əməkdaşlıqdan imtina edib.

Qeyd edək ki, Moskva qarnizonu hərbi məhkəməsi Paşayevi noyabrın 15-dək istintaq təcridxanasına göndərib. Paşayev hərbi müstəntiqlər tərəfindən saxlanılıb. O, 46 milyon rubldan çox məbləğdə dələduzluqda ittiham olunur. Bu pula görə keçmiş vəkil Aleksey Blinovskiyə vergidən yayınma halında onu və həyat yoldaşı Yelena Blinovskayanı cinayət məsuliyyətindən azad edəcəyinə söz verib.

 

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR