İnsanlara hürriyət, millətlərə istiqlal!

Əhaliyə limonla bağlı xəbərdarlıq edildi

Rusiya mediası əhaliyə limonun bahalaşacağı ilə bağlı xəbərdarlıq edib.

Rusiyada limonun 25% bahalaşacağı bildirilib.

Buna səbəb olaraq Türkiyədə məhsulun zəif olması və Misirdən daşınma zamanı logistika ilə bağlı çətinliklərin yaranması göstərilib.

Aprelin 8-də Türkiyənin xaricə tədarükü pis hava şəraiti və məhsul çatışmazlığı səbəbindən müvəqqəti olaraq məhdudlaşdırılıb. Sonradan ixraca icazə verilsə də, yaranan çətinliklərə görə topdansatış qiyməti artıq bazar qiymətinə yaxın olub - 180 rubl (təxminən 3.60 AZN).

Hazırda Risuya bazarlarında limon 220-230 rubla (təxminən 4.50 - 4.70 AZN) satılır. Misir limonları isə kiloqramı 200 rubla (4 manat) satılsa da, onlar yaşıl və çox turş olurlar.

Türkiyə limonunun Rusiyada kiloqramı 350 rubldan (təxminən 7 manat) satılacağı təxmin edilir.

Pərakəndə Şirkətlər Assosiasiyasının rəyasət heyətinin sədri Stanislav Boqdanov isə bildirib ki, Rusiya Türkiyədən idxalın azalması fonunda limonun qiymətində ciddi artım gözləmir. Onun sözlərinə görə, Rusiya bazarlarında türk limonlarının sayı mövsümdən asılıdır, pik həddi payız-qış dövrünə təsadüf edir. Mütəxəssis qeyd edib ki, yazda tədarüklər Argentina, Cənubi Afrika və Mərakeşə yönəlir və bu ölkələr Türkiyə idxalındakı kəsiri ödəyə bilir.(publika.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR