Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, 20 may tarixindən etibarən təmir-tikinti işləri ilə əlaqədar "Cavanşir" körpüsü üzərində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Bəs, körpü nə vaxt istifadəyə veriləcək?
Musavat.com xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli Metbuat.az-a bildirib ki, hazırda təmir-tikinti işləri davam etdirilir.
"Artıq körpü sökülüb. Ərazidən söküntü materialları çıxarılıb. Torpaq yatağı işlənəcək. Təqribən 3 ay ərzində körpünün istifadəyə veriləcəyi planlaşdırılır".
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ