Onlayn ictimai-siyasi qəzet
Bakıda aptekdə ölüm hadisəsi olub.
Hadisə Nizami rayonunda, metronun “Neftçilər” stansiyası yaxınlığındakı apteklərdən birində qeydə alınıb.
Parklanma nəzarətçisi işləyən 43 yaşlı Mirağa Mirəli oğlu Mehtiyevin qəfil halı pisləşib. O, dərman almaq üçün aptekə daxil olub. Lakin M.Mehtiyev orada keçinib. Onun xəstəlikdən öldüyü ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ