Onlayn ictimai-siyasi qəzet
Dünyanın ən yaşlı insanı hesab olunan İna Kanabarro Lukas 116 yaşında dünyasını dəyişib.
Musavat.com xəbər verir ki, bu barədə uzunömürlülərin yaş məlumatlarını təsdiqləyən beynəlxalq təşkilat "LongeviQuest" məlumat yayıb.
“LongeviQuest" dərin kədərlə bildirir ki, dünyanın ən yaşlı insanı İna Kanabarro Lukas 30 aprel tarixində Braziliyanın Rio-Qrandi-du-Sul ştatının Porto-Aleqri şəhərində 116 yaş və 326 günlük ömründən sonra vəfat edib”, – deyə təşkilatın açıqlamasında qeyd olunub.
Təşkilatın məlumatına görə, indi dünyanın ən yaşlı insanı titulu 115 yaşlı Böyük Britaniya sakini Etel Keyteremə keçib.
Musavat.com
01 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ