İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail Fransadan yardım istədi, sonra fikrini dəyişdi

İsrail hökuməti Fransaya müraciət edərək Qüds dağlarında baş verən meşə yanğınlarının söndürülməsi üçün təyyarə göndərməməsini xahiş edib.

Musavat.com xəbər verir ki, İsrail dünən 12 ölkəyə rəsmi şəkildə yardım üçün müraciət ünvanlayıb.

Həmin ölkələr arasında Azərbaycan, Argentina, Böyük Britaniya, Yunanıstan, İspaniya, İtaliya, Kipr, Portuqaliya, Şimali Makedoniya, Fransa, Xorvatiya, Çexiya və İsveç yer alır.

Lakin bir qədər sonra İsrailin Xarici İşlər Nazirliyi Fransaya bildirərək, bu ölkənin yardımına ehtiyac olmadığını açıqlayıb. Paris İsrailə iki ədəd "Canadair CL-415" tipli amfibiya təyyarəsi göndərmək niyyətində idi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 May 2025

BÜTÜN XƏBƏRLƏR