Onlayn ictimai-siyasi qəzet
Ermənistanda məhkəmə hakimi Artuş Qabrielyan həbs edilib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli vəkil Erik Aleksanyan məlumat yayıb.
Qeyd olunur ki, Artuş Qabrielyan 29 aprel tarixində məhkəmə binasında olub. Həmin vaxt hüquq-mühafizə orqanlarının əməkdaşları onun iş otağında axtarış aparıblar. Axtarışdan sonra Ermənistanın baş prokuroru Anna Vardapetyan Ali Məhkəməyə müraciət edərək Qabrielyana qarşı cinayət təqibi başlanmasını və onun azadlıqdan məhrum edilməsi üçün icazə verilməsini istəyib.
Ali Məhkəmə hər iki vəsatəti təmin edib. Bundan sonra Qabrielyana rüşvət alma ittihamı irəli sürülüb və onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət olunub.
Musavat.com
01 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ