Onlayn ictimai-siyasi qəzet
Özünü qondarma rejimin keçmiş "Təhlükəsizlik Şurasının katibi" kimi təqdim edən, Qarabağ separatçısı Vitali Balasanyan Rusiya prezidenti Vladimir Putinə müraciət ünvanlayıb.
Musavat.com “News.am”a istinadən xəbər verir ki, Balasanyan bu müraciətində Putindən xahiş edir ki, ermənilərin Qarabağa qayıtmasına şərait yaratsın və bu prosesə vasitəçilik etsin.
“Ümid edirik ki, Sizin köməyiniz və dəstəyinizlə Qarabağ erməniləri — Böyük Vətən müharibəsində qələbə qazanmış xalqın nəslindən olan insanlar — yenidən öz tarixi hesab etdikləri torpaqlara dönə biləcəklər”, – deyə Balasanyan sərsəmləyib.
Qeyd edək ki, Vitali Balasanyan bir müddət öncə Azərbaycanın suverenliyini pozaraq qanunsuz rejimdə müxtəlif "vəzifələr" tutmuş şəxslərdən biridir. Onun bu çağırışı bəzi dairələrin hələ də revanşist iddialardan əl çəkmədiyini göstərir.
Musavat.com
01 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ