Onlayn ictimai-siyasi qəzet
Bakıda kafedə dava-dalaş salan şəxs həbs edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə aprelin 28-i gecə saatlarında Binəqədi rayonu Məsud Davudoğlu küçəsində yerləşən “Xatirələr” kafesində baş verib.
35 yaşlı C.Kərimov sərxoş vəziyyətdə kafedə ictimai asayişi pozub. O, əsaslı səbəb olmadan məkanı dağıtmağa, özünü yerə çırpmağa başlayıb, ətrafdakı şəxslərin çağırışlarına baxmayaraq, sakitləşməyib. Oradakı 25 illik konyakı içdiyini bildirən C.Kərimov nalayiq ifadələr işlədərək hərəkətlərinə davam edib. Kafeyə dəvət edilən polisin köməyi ilə o saxlanılıb. Lakin əməllərinə davam edib, özünü polis maşınından atmağa cəhd göstərib, başını divara çırpıb.
Polis şöbəsinin müvəqqəti saxlanma yerinə aparılan C. Kərimov səhər saat 10 radələrində ayılıb. Saxlanılan şəxs barəsində Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsində protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə C.Kərimov 30 sutka inzibati həbs olunub.
01 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ