İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın “gizli elçisi” narazılıq yaratdı – Putinlə təkbətək danışıqlara görə qalmaqal!  

Ağ Evin xüsusi nümayəndəsi Stiv Vitkoff – faktiki olaraq Trampın Putinlə danışıqlarda şəxsi elçisinə çevrilmiş şəxs – yüksək səviyyəli görüşlərdə tək iştirak edir.

Musavat.com “Qordon Media”ya istinadən xəbər verir ki, bu barədə New York Post qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, Vitkoff bəzən Kreml tərcüməçilərindən istifadə edir ki, bu da illər ərzində formalaşmış diplomatik prosedurları pozur. Son görüşlərdən birində o, Vladimir Putini “köhnə dost” kimi salamlayıb və görüşə tamamilə tək – nə müşavir, nə ekspert, nə də hərbi nümayəndə heyəti olmadan qatılıb. Bu isə ABŞ rəsmilərini adətən müşayiət edən standart heyət strukturuna ziddir.

Trampın ilk administrasiyasının adının açıqlanmasını istəməyən bir üzvü qəzetə deyib:

“Yaxşı adamdır, amma yöndəmsiz bir axmaqdır. Bu işi təkbaşına görməməlidir”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 May 2025

BÜTÜN XƏBƏRLƏR