İnsanlara hürriyət, millətlərə istiqlal!

Kamala Harrisdən Trampa sərt reaksiya: “ABŞ-ı tənəzzülə aparır”

ABŞ-ın keçmiş vitse-prezidenti Kamala Harris səssizliyini pozaraq Prezident Donald Trampa qarşı sərt çıxış edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Harris amerikalıları Trampın siyasətinə qarşı birləşməyə çağırıb.

Harris Trampın prezidentliyinin 100-cü günündə çıxış edərək onun iqtisadi siyasətini “müasir tarixin ən böyük süni iqtisadi böhranı” adlandırıb. Onun fikrincə, Trampın xarakterik iqtisadi siyasət aləti olan gömrük rüsumları ölkəni “açıq şəkildə tənəzzülə aparır”.

Kamala Harrisin sözlərinə görə, bu siyasət yalnız varlı təbəqəyə xidmət edir və “həqiqəti söyləyənləri cəzalandıran, hakimiyyətdən mənfəət götürən və qalan hər kəsi taleyin ümidinə buraxan dar, eqoist bir baxış bucağı”nı əks etdirir.

Harris bu çıxışını San-Fransiskoda keçirilən bir tədbirdə edib. Tədbir “Emerge America” təşkilatı tərəfindən təşkil olunub. Sözügedən qurum Demokrat Partiyasından olan qadınların hakimiyyət orqanlarına seçilməsinə dəstək göstərir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 May 2025

BÜTÜN XƏBƏRLƏR