İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı və Moskva enerji sahəsində əməkdaşlığı gücləndirir – prioritetlər açıqlanıb

Azərbaycan və Rusiya neft-qaz və elektrik enerjisi sahələrində əməkdaşlığı dərinləşdirməyə hazırlaşır.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Energetika Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, Astraxanda keçirilən 23-cü hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının iclasında tərəflər bu sahələrdə əməkdaşlığın genişləndirilməsi barədə danışıqlar aparıblar.

Rusiya Energetika Nazirliyinin müavini Roman Marşavin bildirib:

“Bu gün əldə olunan razılaşmalar gələcək inkişaf üçün möhkəm təməl yaradır. Biz rus-azərbaycan əməkdaşlığını daha da dərinləşdirəcəyik, uzunmüddətli ortaq təcrübəmizə və ümumi tariximizə əsaslanaraq”.

Eyni zamanda, Rusiya və Azərbaycan şirkətləri enerjisistemlərin sinxron fəaliyyətini təmin etmək üçün planlı işlər aparır, əvvəlki müqavilələr çərçivəsində elektrik enerjisinin qarşılıqlı tədarükü də həyata keçirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Avqust 2025

23 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR