İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda Prezident seçkilərində MDB-dən olan missiyaya bu şəxs rəhbərlik edəcək

Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərində MDB-dən müşahidəçilər missiyasına qurumun Baş katib Sergey Lebedev rəhbərlik edəcək.

Musavat.com xəbər verir ki, bu barədə teleqram kanallarında məlumat yayılıb.

Məlumatda bildirilib ki, onun namizədliyi MDB ölkələrinin birliyin nizamnamə və digər orqanları yanında Daimi Səlahiyyətli Nümayəndələr Şurasının qərarı ilə təsdiq edilib.

MDB müşahidəçilər missiyası Azərbaycan hökumətinin dəvəti ilə seçki kampaniyasını izləyəcək. MDB İcraiyyə Komitəsi Birlik ölkələrinə öz nümayəndələrinin missiyaya namizədliyini irəli sürmək xahişi ilə dəvət göndərib.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2024

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR