İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda bu məhsul bahalaşdı

 

Azərbaycanda kartofun qiyməti kəskin artıb. 

Son bir neçə gündə kartofun bazar qiyməti 1-1.20 manatdan 1.50 qəpiyə yüksəlib. 

Bəzi tərəvəz mağazalarında kartofun olmamasına da rast gəlinir. 

Ehtimal edilir ki, bazarlarda kartof qıtlığının səbəbi son vaxtlar havaların qeyri-sabit keçməsi ilə əlaqədardır. 

İddia olunur ki, ölkəmizdə sözügedən məhsulun saxlama məntəqələrinin kifayət qədər olmaması səbəbindən tonlarla kartof don vurmadan məhv olub. 

İrandan da Azərbaycana kartofun ixracı dayandığı deyilir. 

Ehtimal edilir ki, qarşıdakı günlərdə ölkədə kartofa olan təlabatı təmin etmək üçün Paksitandan idxal ediləcək. /Qaynarinfo

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Mart 2025

BÜTÜN XƏBƏRLƏR