İnsanlara hürriyət, millətlərə istiqlal!

Naxçıvana səfər edənlərin nəzərinə!

"Azərbaycan Hava Yolları" ASC (AZAL) Novruz və Ramazan bayramları ərəfəsində Bakıdan Naxçıvana və əks istiqamətdə olan uçuşlara tələbat artığına görə sərnişinlərə aviabiletləri əvvəlcədən əldə etməyi tövsiyə edir.

Musavat.com bu barədə AZAL-a istinadən xəbər verir.

Məlumata görə, aviadaşımaların pik dövrləri hər zaman sərnişin axınının artması ilə müşayiət olunur və populyar istiqamətlərə biletlər daha tez satılır. Sərnişinlərə Bakı-Naxçıvan-Bakı marşrutu üzrə ən uyğun uçuş vaxtını seçmək və səyahəti daha komfortlu etmək məqsədilə aviabiletləri öncədən almaq məsləhət görülür.

"Zərurət yaranarsa, bu istiqamət üzrə uçuşların sayı artırılacaq ki, bu da sərnişinlərə rahat səyahət imkanı yaradacaq. Aviabiletləri aviaşirkətin www.azal.az rəsmi saytından, mobil tətbiqindən və ya AZAL-ın kassalarından əldə etmək mümkündür", - deyə məlumatda qeyd edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Mart 2025

BÜTÜN XƏBƏRLƏR