İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı metrosunda problem yarandı

Metronun "28 May" stansiyasında "Dərnəgül-Əhmədli" marşrutu üzrə hərəkət edən qatarda texniki nasazlıq yaranıb.

Musavat.com xəbər verir ki, bu barədə "BakıMetropoliteni" QSC məlumat yayıb.

Bildirilir ki, "28 May" stansiyasında "Dərnəgül-Əhmədli" marşrutu üzrə hərəkət edən qatarda texniki nasazlıq yarandığı üçün sərnişinlər düşürülüb və qatar "Nərimanov" elektrik deposuna göndərilib.

"Əvəzinə xəttə qatar verilib. İki qatar arasında yaranmış 7 dəqiqəlik interval fərqi qısa müddətdə aradan qaldırılıb.

Yaranmış müvəqqəti narahatlığa görə üzr istəyirik", - qurumdan vurğulanıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Mart 2025

BÜTÜN XƏBƏRLƏR