İnsanlara hürriyət, millətlərə istiqlal!

Şeyx Brüsseldə Avropaya səsləndi: “Gəlin, erməni vandallığını öz gözlərinizlə görün!” - FOTO

Xəbər verdiyimiz kimi, Belçikanın paytaxtı Brüssel şəhərində ‘’İslam dünyası 2025 Belçika krallığında və Avropada’’ dinlərarası beynəlxalq konfransı öz işinə başlayıb.

Musavat.com xəbər verir ki, konfransda iştirak edən Azərbaycan nümayəndə heyətinə Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə rəhbərlik edir.

Konfrans çərçivəsində mart ayının 6-da Avropa İttifaqı Parlamentinin üzvü, Asiya ölkələri ilə qrupun rəhbəri, Belçikanın Səhiyyə Naziri Volter Beke ilə Azərbaycan nümayəndə heyəti arasında görüş keçirilib, mədəniyyətlərarası, dinlərarası dialoqun vacibliyi, tolerantlılıq prinsipinə uyğun olaraq birgə yaşayışın aspektləri vurğulanıb.

Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə bildirib ki, Belçikada 2025-ci ilin islam dünyası ili kimi qeyd edilməsi dinlərarası dialoqa böyük töhfədir. Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Pazaşazdə Prezident İlham Əliyevin himayəsi ilə həyata keçirilən Bakı prosesindən danışaraq, bu prosesin dinlərarası və mədəniyyətləarası dialoqdakı əhəmiyyətindən danışıb.

O, həmçinin qeyd edib ki, etnik və dini müxtəliflik Azərbaycanın sərvətidir, bütün dini ibadət yerləri azad və sərbəst şəkildə fəaliyyət göstərir. "Beləliklə Azərbaycan müxtəlif dinlər arasında körpülərin qurulması istiqamətində örnək nümayiş etdirir" – sitatın sonu. Şeyxülislam Avropa parlamentinin deputat Volter Bekenin simasında bütün Avropa Parlamentinin deputatlarını işğaldan azad edilmiş ərazilərə dəvət edib, 30 il ərzində bu ərazilərdə ermənilər tərəfindən törədilmiş vandallıqları gəlib gözləri ilə görməyi tövsiyyə ebid. Görüşdə həmçinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Milli Məclisin deputatları Cavanşir Paşazadə və Qüdrət Həsənquliyev çıxış ediblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Mart 2025

BÜTÜN XƏBƏRLƏR