Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, türkiyəli müğənni-aktyor Özcan Dəniz barəsində istintaq başladılıb.
İfaçı şəhəri çirkləndirmək” və “Mədəni və təbii sərvətlərin mühafizəsi haqqında qanunu pozmaq” cinayətlərindən ona qarşı açılan istintaq çərçivəsində ifadə verib.
Sarıyer Uskumruköydə qorunan ərazidə yerləşən 3 villada icazəsiz təmir işləri apardığına görə ifadə verən Dəniz bu işdə qurban olduğunu vurğulayıb:
"Bu məsələnin qurbanı mənəm. Sarıyer Bələdiyyəsinə müraciət etdim ki, mənə tikintiyə və təmirə icazə verin. Müraciətimizdən sonra bizə müsbət və ya mənfi heç bir şəkildə geri dönüş edilmədi. Ərizəni təqdim etdiyimin ertəsi günü bələdiyyə şikayətçi olub. Bu, mənim uşağımın haqqıdır. Heç kim yeyə bilməz. Ora sökülsə belə, çadır qurub yaşayacağam"./Axşam.az
06 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ