Onlayn ictimai-siyasi qəzet
Müğənni Ofelya Şabanova yenidən ərinin corabları ilə gündəmə gəlib
O, "Tarixin bir günü" verilişində canlı yayımda qeyri-adi bir hərəkətə imza atıb.
Müğənni yerdə əyləşərək ərinin corablarını yuyub. Bu davranış izləyicilər tərəfindən geniş müzakirə olunub və müxtəlif tənqidlərə səbəb olub.
Bəzi sosial media istifadəçiləri müğənninin bu hərəkətini ironik və gülünc hesab edərək, belə bir davranışın ciddi bir verilişdə yersiz olduğunu bildirib.
Onlar Ofelya Şabanova'nın bu jestinin pafoslu bir imic yaratmağa çalışdığını və sənətini aşağı saldığını ifadə ediblər./Yenisabah.az
06 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ