Onlayn ictimai-siyasi qəzet
Macarıstanın baş naziri Viktor Orban Yelisey sarayında Fransa prezidenti Emmanuel Makronla danışdıqdan sonra Fransa parlamentində sağçı “Milli Birlik” fraksiyasının lideri Marin Le Penlə də görüşüb və onu ölkənin gələcək prezidenti adlandırıb.
Musavat.com xəbər verir ki, bu barədə Orban "X" sosial şəbəkəsində paylaşım edib və postuna Le Pen ilə çəkilmiş fotosunu əlavə edib:
“Fransanın keçmiş və indiki prezidentləri ilə görüşdən sonra gələcək prezidentlə görüşmək xoş oldu. Dərin müzakirəyə görə təşəkkür edirəm, Marin Le Pen!”
Qeyd edək ki, martın 5-də Avropa İttifaqı sammitindən əvvəl Orban Parisdə Makronla danışıqlar aparıb. Macarıstan Baş nazirinin sözlərinə görə, görüşün əsas mövzusu Avropa İttifaqının Ukraynaya dəstəyi olub, xüsusilə də ABŞ-ın Kiyevə hərbi yardımını dayandırdığı bir şəraitdə bu məsələnin əhəmiyyətini vurğulayıb.
Bundan öncə Orban, macar əsilli keçmiş Fransa lideri Nikola Sarkozi ilə də görüş keçirib.
Musavat.com
06 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ