İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-Çin qarşıdurması: Ticarət müharibəsi hərbi gərginliyə çevrilir?

"Kanada və Çin rəsmiləri ABŞ Prezidenti Donald Trampın rüsum artımı qərarına sərt reaksiya veriblər. Hər iki ölkədən Vaşinqtonun ünvanına “ticarət savaşına hazırıq” mesajları gəlib. Tramp buna cavab olaraq Kanada və Çin məshullarına rüsumlara daha da artıra biləcəyi xəbərdarlığını edib".

Bu sözləri Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. Politoloq qeyd edib ki, ABŞ Nümayəndələr Palatası Trampın qərarına dəstək verib:

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET


"Respublikaçı konqresmenlər də Tramp kimi hesab edirlər ki, Çinin istehsal etdiyi fentanil kimyəvi maddəsinin Meksika və Kanada üzərindən ABŞ keçirilməsinin qarşısı alınmayıb. Vaşinqtonda hesab edirlər ki, fentanil maddələrinin tamamı Çində istehsal olunur, Meksikadakı gizli kartellər isə ondan narkotik maddələr hazırlayaraq ABŞ ərazisinə keçirirlər və nəticədə Amerikada 18-45 yaşında olanların bu maddədən ölüm sayı artır. Konqresmenlər Çin rəsmilərini ABŞ-ın hüquq-mühafizə orqanlarının pentanil maddəsiylə bağlı araşdırmalarına mane olmaqda ittiham ediblər. Pekin Ağ Evin və Konqresin ittimalarını rədd edib. Tramp Çin məhsullarına qarşı rüsum artımını məhz fentanil maddəsiylə əlaqələndirib.   

Mövcud vəziyyətlə bağlı Pekində işə başlayan Çin parlamentinin sessiyasında da çıxışlar olub. “The New York Times” dərgisinin yazdığına görə, Çin lideri Si Cinpin ABŞ-ın təzyiqi qarşısında ölkəsinin geri çəkilməyəcəyini bildirib. Çinin Vaşinqtondakı səfərliyinin yaydığı bəyanatda da açıq yazılıb: “Çin geri çəkilən deyil, istənilən müharibəyə hazırıq!”. Bütün hallarda Pekin ticarəti müharibəsində maraqlı deyil, ancaq rüsumlar artdıqca iki ölkə arasında gərginliyin artacağı bəllidir.

Pekin ABŞ-la ticarət müharibəsində məğlub olmayacağına əmindir. Çinin Dövlət Şurasının baş naziri Li Keçyan parlamentin sessiyasında çıxışı zamanı iqtisadiyyatda qazanılan uğurlardan danışıb. Çin iqtisadiyyatının bu il 5 faiz artımı proqnozlaşdırılır. Çinin hərbi xərcləri rekord səviyyəyə çataraq 246 milyard dollar olacaq. Bu ABŞ-ın hərbi xərclərindən az olsa da, Çinin hərbi xərclərinin artım dinamikası Vaşinqtonu narahat edir. Vaşinqtonda hesab edirlər ki, Çinin hərbi xərcləri açıqladığı rəqəmlərdən 40 faiz çoxdur. Çin hərbi gəmilərin sayına görə dünyada birinci sırada qərarlaşıb. Çin hərbi gücünü yalnız ABŞ-la qarşıdurmaya görə artırmır. Tayvanı ələ keçirməyə çalışan Çinin dənizlərdə və okeanlarda Yaponiya, Avstraliya və Filippinlə rəqabəti güclənib. Çin nüvə başlığı daşıyan raketlərin sayını artırmaqla yanaşı, raketlərin saxlanması üçün şaxtalar da inşa edib. Bütün hallarda Çinin yaxın müddətdə əsas hədəfi Tayvandır. Bu ada Çindən 180 kilomert məsafədə yerləşir. Bu səbəbdən Tayvanı sürətlə ələ keçirmək üçün Çin çevik desant qüvvələrinin sayını da artırıb".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Mart 2025

BÜTÜN XƏBƏRLƏR