Onlayn ictimai-siyasi qəzet
Gəncədə yaşayış binasındakı yanğının miqyası böyüyüb.
Bina sakinləri bildirib ki, artıq 10-dan çox evdə yanğın qeydə alınıb.
Hadisə yerinə əlavə yanğınsöndürən maşınlar və canlı qüvvə cəlb olunub.
Hazırda 12 yanğınsöndürən maşın və çox sayda canlı qüvvə yanğının söndürülməsi istiqamətində işləri davam etdirir.
Əraziyə təcili yardım briqadaları da cəlb olunub.
Yanğının səbəbləri araşdırılır.//Report
***
Gəncədə ikimərtəbəli kommunal tipli yaşayış binasında yanğın başlayıb.
Musavat.com xəbər verir ki, bu barədə Fövəqladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Gəncə şəhərində ikimərtəbəli kommunal tipli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Məlumata görə, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
06 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ